Səbayel məhkəməsi 2 milyonluq dələduzluqda ittiham olunan şəxsi azad etdi .....                     "Alternativ xidmətlə bağlı qanuna düzəliş zamanı diqqət edilməlidir ki..." .....                     Hərbi institutun yaranmasının ildönümünə həsr olunan tədbir keçirilib .....                     Mənimsənilən pulları həm nağd, həm də kartlara vuraraq ələ keçirirdik .....                     Bakı və Ankaranın tələbi qəbul edildi .....                     Bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var .....                     Xırdalan Şərab Zavodunda NƏLƏR BAŞ VERİR? .....                     “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru ilə bağlı QƏRAR .....                     Qobustanda qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir .....                     Bəlkə əsirimizin əvəzinə bizimkilər də ƏSİR GÖTÜRSÜNLƏR... .....                     Ermənistan yaxın günlərdə Avropa Birliyi üzvlüyə namizəd olmaq üçün ərizə verəcək… .....                     "Biz Baləliylə də keçinərik!.." .....                     Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub .....                     Yasamalda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb .....                     Qaziyə xəsarət yetirən idmançıya hökm oxunub .....                     “Ülviyyə Muradova ilə bağlı epizodda..." .....                     Paşinyanın Moskva, Brüssel və Paris qumarı .....                     Ruslan müəllim işçilərin QƏSDİNƏ DURUB? .....                     Dövlət Eyvaz İsmayılovun nazı ilə ÇOX OYNAYACAQ? .....                     Paşinyan son qərarını verdi: Rusiya ilə yollar rəsmən ayrılır .....                     “Badamlı Quşçuluq” MMC .....                     BAŞ DİREKTOR VƏ MÜAVİNİNƏ BU İTTİHAM DA VERİLƏ BİLƏR .....                     Danışıqların növbəti raundundan sonra irəliyə getmək mümkün olacaqmı? .....                     İrəvanla nə qədər və daha haralarda danışıq aparmalıyıq ki... .....                     Fazil Mustafaya atəş açan İran casusu özünü məhkəmədə QOÇU KİMİ aparır... .....                     Habil Əliyevin xanımı da vəfat edib .....                     Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib .....                     Bağdadla Bakı arasında danışıqlar aparılıb .....                     Xankəndidə silah-sursat aşkarlanıb .....                     “Azərlotoreya” fırıldağı: pul qazanmaq şansı 0.00002%-dir .....                     TƏBİB əməkdaşları ilə keçirilən intensiv ingilis dili kursu başa çatıb .....                     “Məhkəmə qərarlarını məmurlar icra etmir, belə getsə...” .....                     Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir .....                     Göygöldə silah-sursat aşkarlanıb .....                     Qarabağ Qazisi adından SUİ-İSTİFADƏ... yoxsa? .....                     “Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” .....                     Nikol xəyanət edir və Qərbə yalvarır... .....                     Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC OTURMUR? .....                     Azərbaycanda “HUGO BOSS” əmtəə nişanı DƏLƏDUZLUĞU... .....                     Məmurların kor-koranə yaratdığı aqroparklar kəndlinin suyunu "kəsir"... .....                 

Goranboyun icra başçısı da BELƏ YEYİR... - BU DA FAKT!!!
Tarix: 25-04-2022, 11:02 | Çap et
Goranboyun icra başçısı da BELƏ YEYİR...
İcra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Və bu proses bir-iki ildən bir təkrarlanıb.

Təxminən 11 il bundan öncə - 27 dekabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” sərəncam imzalanıb. Həmin Sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Belə bir qərarın qəbul edilməsində başlıca məqsəd ölkədəki bağçaların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək olub. DİA.AZ olaraq mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Goranboydakı uşaq bağçalarının ümumi vəziyyəti

Amma çox təəssüf ki, bu Sərəncamından irəli gələn tapşırıq və vəzifələr bəzi rayonlarda tam icra olunmayıb. Belə rayonlardan biri də Goranboydur. Bunu isbat etmək üçün adi qaydada icra hakimiyyətinin elektron ünvanına sorğu göndərdik, rayondakı uşaq bağçalarının ümumi vəziyyətini onlardan öyrənmək istədik. Sorğumuza cavab olaraq bildirildi ki, Goranboy rayonunda 32 uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 21 Körpələr evi-uşaq bağçası inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin balansında olan binalarda yerləşir. Goranboy şəhər 2 saylı, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə 1 saylı, Səfikürd, Borsunlu, Tap Qaraqoyunlu, Tap, Muzdurlar, Qarqucaq, Nizami və Todan kənd Körpələr evi-uşaq bağçalarının inzibati binası qəzalı vəziyyətdə olduğu üçün başqa binalarda yerləşdirilib. Bu uşaq bağçaları üçün yeni binaların tikintisinə ehtiyacı var. İcra hakimiyyətindən o da bildirildi ki, Kələk, Xınalı və Şəfəq kənd Körpələr evi uşaq bağçaları son illərdə tikilib. İndiyə qədər Goranboy şəhər 1 və 3 saylı, Qızılhacılı qəsəbə 3 saylı, Balakürd, Xoylu, Sarov, Qaradağlı və Boluslu kənd Körpələr evi-uşaq bağçaları dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilib. Bununla yanaşı, Qızılhacılı qəsəbə 2 və 3 saylı, Zeyvə və Şəfəq kənd Körpələr evi-uşaq bağçalarının təmir olunması üçün işlər aparılır. Qazanbulaq qəsəbə, Fəxralı, Xan Qərvənd, Veyisli, Qaraçinar, Hazırəhmədli, Tatarlı və Düzqışlaq kənd Körpələr evi-uşaq bağçalarının isə təmirə ehtiyacı var.

Üzü bəzək, içi təzək

İlk baxışda icra hakimiyyətinin sorğumuza verdiyi cavabda qeyri-adi heç nə yoxdur. Amma Qaradağlı kəndindəki uşaq bağçasının real vəziyyəti məsələyə fərqli yanaşmanı tələb edir. Belə ki, icra hakimiyyətinin verdiyi məlumatda Goranboy rayonun Qaradağlı kəndindəki 90 yerlik uşaq bağçası dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilənlər sırasında yer alır. Lakin kənd sakinləri deyirlər ki, Qaradağlıdakı uşaq bağçasında heç vaxt əsaslı təmir işi aparılmayıb. Kəndin düz girəcəyində yerləşən və 1985-ci ildə istifadəyə verilən uşaq bağçasının ikimərtəbəli inzibati binası tamamilə yararsız haldadır. 2013-cü ilin may ayında təhsil müəssisəsinin əsaslı təmir olunacağı xəbəri yayılsa da, icra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Və bu proses bir-iki ildən bir təkrarlanıb, adına da “əsaslı təmir” deyilib.

Acınacaqlı durum

İcra hakimiyyətinin məlumatı ilə reallıq arasındakı fərq ortadadır. Bəs bu cür şəraitsiz uşaq bağçaları körpələrin təlim-tərbiyəsinə necə təsir edir? Bununla bağlı qəzetimizə açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, ümumən ölkədə məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət qənaətbəxş deyil. Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin balansına verildikdən sonra bağçalarda vəziyyət kifayət qədər acınacaqlı duruma düşüb: “Bağçaların böyük əksəriyyəti özəlləşdirilib, əraziləri iş adamlarına satılıb. Düzdür, Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif rayonlarda yeni uşaq bağçaları tikilib. Lakin Azərbaycan əhalisinin sayı hər il artdığından, sadəcə Fondun bu istiqamətdəki layihələri yetərli deyil, ölkəmizdə daha çox məktəbəqədər təhsil müəssisələrinə ehtiyac var. Uşaq bağçasına getməli olan xeyli sayda balacalarımız var. Onların heç də hamısı təhsilə cəlb oluna bilmirlər. Təhsil nazirliyi mövcud boşluğu doldurmaq üçün bu istiqamətdə bir layihə həyata keçirib. İcma əsaslı siniflər, məktəblər təşkil olunub”.

Məktəbəqədər təhsildə çətinliklər

Təhsil eksperti deyib ki, yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməsi, təmirə ehtiyacı olanların əsaslı təmir edilməsi lazımdır: “Əvvəllər tikilmiş, istismar müddətini başa vurmuş uşaq bağçalarının ümumi vəziyyəti müasir dövrlə ayaqlaşmır, infrastruktur baxımdan tələblərə cavab vermir. Bu, uşaqların təlim-tərbiyə prosesində xeyli çətinliklər yaradır. Məktəbəqədər təhsil müəssisələrinin təmir olunması, maddi texniki bazasının güclənməsi, yeni bağçaların tikintisi bilavasitə uşaqların təlim-tərbiyə prosesinə müsbət təsir göstərən faktorlardan biridir. Çünki bağçalarda uşaqların ilkin bilikləri formalaşır, onlara vətənpərvərlik aşılanır. Körpələr, eyni zamanda sosiallaşır ki, bu da gələcəkdə onların məktəbə adaptasiyası baxımından mühüm amildir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 dekabr 2021 tarixdə imzaladığı sərəncamla dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması üçün yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib.

Goranboyun icra başçısı da BELƏ YEYİR...
Goranboyun icra başçısı da BELƏ YEYİR...
Goranboyun icra başçısı da BELƏ YEYİR...
Goranboyun icra başçısı da BELƏ YEYİR...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səbayel məhkəməsi 2 milyonluq dələduzluqda ittiham olunan şəxsi azad etdi - Zərərçəkənlər ayağa qalxdı
Bu gün, 12:52
"Alternativ xidmətlə bağlı qanuna düzəliş zamanı diqqət edilməlidir ki..." - ÇAĞIRIŞ
Bu gün, 12:49
Hərbi institutun yaranmasının ildönümünə həsr olunan tədbir keçirilib
Bu gün, 12:27
Mənimsənilən pulları həm nağd, həm də kartlara vuraraq ələ keçirirdik - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə
Bu gün, 12:15
Bakı və Ankaranın tələbi qəbul edildi - Ərazi iddialarından geri çəkilirlər
Bu gün, 12:09
Bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:08
Xırdalan Şərab Zavodunda NƏLƏR BAŞ VERİR? - İLGİNC
Bu gün, 12:07
“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
Qobustanda qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir
Bu gün, 11:53
Bəlkə əsirimizin əvəzinə bizimkilər də ƏSİR GÖTÜRSÜNLƏR... - AKTUAL
Bu gün, 11:46
Ermənistan yaxın günlərdə Avropa Birliyi üzvlüyə namizəd olmaq üçün ərizə verəcək… - “Past”
Bu gün, 11:39
"Biz Baləliylə də keçinərik!.." - replika
Bu gün, 11:36
Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub - FOTO
Bu gün, 11:30
Yasamalda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb
Bu gün, 11:27
Qaziyə xəsarət yetirən idmançıya hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Ülviyyə Muradova ilə bağlı epizodda..." - Bəxtiyar Hacıyev ifadə verdi
Bu gün, 11:16
Paşinyanın Moskva, Brüssel və Paris qumarı - İNCƏLƏMƏ
Bu gün, 11:12
Ruslan müəllim işçilərin QƏSDİNƏ DURUB? - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:11
Dövlət Eyvaz İsmayılovun nazı ilə ÇOX OYNAYACAQ? - ETİRAZ VAR...
Bu gün, 11:02
Paşinyan son qərarını verdi: Rusiya ilə yollar rəsmən ayrılır - Ermənistan KİV
Bu gün, 10:57
“Badamlı Quşçuluq” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 10:55
BAŞ DİREKTOR VƏ MÜAVİNİNƏ BU İTTİHAM DA VERİLƏ BİLƏR - ŞOK İDDİA
Bu gün, 10:49
Danışıqların növbəti raundundan sonra irəliyə getmək mümkün olacaqmı? - GƏLİŞMƏ
Bu gün, 10:46
İrəvanla nə qədər və daha haralarda danışıq aparmalıyıq ki... SÜLHƏ GƏLSİNLƏR...
Bu gün, 10:42
Fazil Mustafaya atəş açan İran casusu özünü məhkəmədə QOÇU KİMİ aparır... - Sanki yaxasından medal da asmalıyıq...
Bu gün, 10:39
Habil Əliyevin xanımı da vəfat edib
Bu gün, 10:31
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Bu gün, 10:27
Bağdadla Bakı arasında danışıqlar aparılıb
Bu gün, 10:24
Xankəndidə silah-sursat aşkarlanıb
Bu gün, 10:22
“Azərlotoreya” fırıldağı: pul qazanmaq şansı 0.00002%-dir – HESABLAMA
Bu gün, 10:21
TƏBİB əməkdaşları ilə keçirilən intensiv ingilis dili kursu başa çatıb
Bu gün, 10:15
“Məhkəmə qərarlarını məmurlar icra etmir, belə getsə...” - vəkildən SOS
Bu gün, 10:12
Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:10
Göygöldə silah-sursat aşkarlanıb
Bu gün, 10:09
Qarabağ Qazisi adından SUİ-İSTİFADƏ... yoxsa? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:08
“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” - Rusiyadan yeni xəritə...
Bu gün, 09:17
Nikol xəyanət edir və Qərbə yalvarır... - Ekspert danışır...
Bu gün, 09:14
Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC OTURMUR? - Məhkəməyə verildilər...
Bu gün, 09:09
Azərbaycanda “HUGO BOSS” əmtəə nişanı DƏLƏDUZLUĞU... - TƏFƏRRÜAT
Bu gün, 09:05
Məmurların kor-koranə yaratdığı aqroparklar kəndlinin suyunu "kəsir"... - Su böhranı davam edir
Bu gün, 09:03
"Dedi “burada sığorta kağızı keçmir”..." - NARAZILIQ VAR...
Bu gün, 09:00
Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu… KİMDİR?
Bu gün, 08:54
"Ola bilər ki, insan əqidəsinə görə, həqiqi hərbi xidmət keçmək iqtidarında olmasın" - deputat
Bu gün, 08:48
“Aztelekom”da iş vaxtı QUMAR MƏSƏLƏSİ... - QALMAQAL
Bu gün, 08:46
Cənubi Qafqazda sülh niyə baş tutmur?! - AKTUAL
Bu gün, 08:43
Şərur sakini ÇƏTİN DURUMDA - Torpağını əlindən almaq istəyirlər...
Bu gün, 08:40
Ermənistanda sənədlər dəyişməsə: Sülh olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:36
"Lazım gələndə hansısa ifaçının məclisində pulsuz oxumuşam"
Bu gün, 08:34
Salyan rayon sakinləri İmişlidə 6 kiloqram narkotiklə tutulub
Bu gün, 08:32
Fuad Nəcəflidən Prezidentə ŞİKAYƏT OLUNDU!
Bu gün, 08:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru