"Alternativ xidmətlə bağlı qanuna düzəliş zamanı diqqət edilməlidir ki..." .....                     Hərbi institutun yaranmasının ildönümünə həsr olunan tədbir keçirilib .....                     Mənimsənilən pulları həm nağd, həm də kartlara vuraraq ələ keçirirdik .....                     Bakı və Ankaranın tələbi qəbul edildi .....                     Bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var .....                     Xırdalan Şərab Zavodunda NƏLƏR BAŞ VERİR? .....                     “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru ilə bağlı QƏRAR .....                     Qobustanda qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir .....                     Bəlkə əsirimizin əvəzinə bizimkilər də ƏSİR GÖTÜRSÜNLƏR... .....                     Ermənistan yaxın günlərdə Avropa Birliyi üzvlüyə namizəd olmaq üçün ərizə verəcək… .....                     "Biz Baləliylə də keçinərik!.." .....                     Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub .....                     Yasamalda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb .....                     Qaziyə xəsarət yetirən idmançıya hökm oxunub .....                     “Ülviyyə Muradova ilə bağlı epizodda..." .....                     Paşinyanın Moskva, Brüssel və Paris qumarı .....                     Ruslan müəllim işçilərin QƏSDİNƏ DURUB? .....                     Dövlət Eyvaz İsmayılovun nazı ilə ÇOX OYNAYACAQ? .....                     Paşinyan son qərarını verdi: Rusiya ilə yollar rəsmən ayrılır .....                     “Badamlı Quşçuluq” MMC .....                     BAŞ DİREKTOR VƏ MÜAVİNİNƏ BU İTTİHAM DA VERİLƏ BİLƏR .....                     Danışıqların növbəti raundundan sonra irəliyə getmək mümkün olacaqmı? .....                     İrəvanla nə qədər və daha haralarda danışıq aparmalıyıq ki... .....                     Fazil Mustafaya atəş açan İran casusu özünü məhkəmədə QOÇU KİMİ aparır... .....                     Habil Əliyevin xanımı da vəfat edib .....                     Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib .....                     Bağdadla Bakı arasında danışıqlar aparılıb .....                     Xankəndidə silah-sursat aşkarlanıb .....                     “Azərlotoreya” fırıldağı: pul qazanmaq şansı 0.00002%-dir .....                     TƏBİB əməkdaşları ilə keçirilən intensiv ingilis dili kursu başa çatıb .....                     “Məhkəmə qərarlarını məmurlar icra etmir, belə getsə...” .....                     Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir .....                     Göygöldə silah-sursat aşkarlanıb .....                     Qarabağ Qazisi adından SUİ-İSTİFADƏ... yoxsa? .....                     “Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” .....                     Nikol xəyanət edir və Qərbə yalvarır... .....                     Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC OTURMUR? .....                     Azərbaycanda “HUGO BOSS” əmtəə nişanı DƏLƏDUZLUĞU... .....                     Məmurların kor-koranə yaratdığı aqroparklar kəndlinin suyunu "kəsir"... .....                     "Dedi “burada sığorta kağızı keçmir”..." .....                 

VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN! - HƏQİQƏTƏN DƏ...
Tarix: 8-12-2022, 10:52 | Çap et
VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN!
Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV, APA) Xocalıya keçməsinə, ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədiblər. Azərbaycanlı jurnalistlər doğma ərazilərimizə buraxılmayıb. Nəticədə jurnalistlərlə sülhməramlılar arasında mübahisə yaşanıb. Jurnalistlər onlara nə qədər izah etməyə çalışsalar da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər həmkarlarımızı Xocalıya buraxmaq istəməyib.

Məsələ burasındadır ki, Azərbaycanın mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonuna yola düşüb. Lakin Rusiya sülhməramlıları nümayəndələri müşayiət edən jurnalistlərimizi buraxmayıblar. Rusların bu hərəkəti ölkə ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanıb və sərt şəkildə qınanılıb. Xüsusən, mətbuat nümayəndələri və ekspertlər sosial şəbəkədə öz mövqelərini paylaşaraq jurnalistlərə dəstək ifadə ediblər.

"Cümhuriyət" qəzeti və "cebhe.info" xəbər portalının rəhbəri Rəfael Becanov deyib ki, İctimai Televiziyanın jurnalist qrupunun Xocalıya buraxılmaması ərazi bütünlüyümüzə qarşı qəsddir. Onun sözlərinə görə, jurnalist kifayət qədər intellektual, hüquqi formada izah və bir az da riskli formada hərəkət edib:

"Amma onlar başa düşmək istəmədilər, inadlarından dönmədilər. Bir azərbaycanlının vətəndaşlıq, bir jurnalistin informasiya əldə etmək və yaymaq hüququnu pozdular. Sülhməramlılar İTV-nin jurnalistini oraya buraxmamağa yox, onun təhlükəsizliyini təmin etməyə borclu idi. Bizim ölkəmizdə hara və necə getmək hüququmuz konstitusiya ilə təsbit olunur. Hətta günü sabah gedib Xocalıda, Xankəndidə yaşaya da bilərik. Rus sülhməramlıları bizim orada təhlükəsizliyimizi təmin etməyə, hər hansı hücuma məruz qalmamağımıza cavabdehdir. Amma əksini yaşayırıq. Heç qonaq, jurnalist, turist kimi belə bizi oraya buraxmırlar. İrandan gələn təxribatçılar isə Xankəndiyə gedirlər. Onlara qanunsuz erməni hərbi birləşmələrinə təlim keçmək üçün şərait yaradılır. O birləşmələr ki, 10 noyabr bəyanatına görə, sülhməramlılar əraziyə gəldikdə ilk işləri onları tərksilah etmək olmalıydı. İndi bunlar sülhmərmalıdırlarmı?".

Baş redaktor vurğulayıb ki, ilk gündən deyirik ki, sülhməramlılar özlərini təyinatlarına görə yox, Xankəndi və ətrafında Rusiyanın zorla yerləşdirdiyi ermənilərin qəyyumu, himayəçisi kimi aparırlar:

"44 günlük müharibə zamanı nəinki ətrafda, heç Xankəndidə belə erməni yox idi. Qorxularından qaçıb getmişdilər, zorla qaytardılar. İndi də onların himayəçisi, təminatçısı rolundadırlar. Faktdır ki, rus sülhməramlıları ermənilərdən daha çox təxribat törədirlər. Azərbaycan Ordusunun Azərbaycan-Ermənistan sərhədindən kənarda dislokasiya olduğu əraziləri də atəşə tutmaqda qanunsuz erməni hərbi birləşmələrinə onlar dəstək verir. Bu gün baş verən kuliminasiyadır. Sülhməramlılar sülh yaratmaq deyil, ermənilərin maraqlarının təminatçısı funksiyasındadırlar. Real vəziyyət odur ki, sülhməramlılar öz işlərini görmür".

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan jurnalistlərini Azərbaycan torpağında əngəlləməsi artıq yeni bir yanaşma zərurətini ortaya çıxarıb:

"Bundan sonrakı mərhələdə bu məsələ masada müzakirə edilməli, sülhməramlılara şərt qoyulmalı və yalnız indi deyil, istənilən vaxt jurnalistlərimizin onların müvəqqəti nəzarəti altında olan torpaqlara getməsi üçün şərait yaradılmalıdır. Birmənalı olaraq bəllidir ki, Xankəndi başda olmaqla o torpaqlar Azərbaycanındır. Belə olan halda Azərbaycan media təmsilçilərinin ölkənin başqa ərazilərində olduğu kimi o yerlərdə də sərbəst hərəkəti təmin edilməlidir. Əlbəttə, risklər nəzərə alınmaqla bu işi sülhməramlılarla koordinasiya etmək şərti ilə. Necə olur ki, xarici ölkə vətəndaşları – Ermənistan əhalisi Qarabağın rusların nəzarətindəki kəsiminə rahat gəlib-gedə bilir, biz Azərbaycan vətəndaşları bunu edə bilmərik? Məntiq hardadır burda? Ona görə də məsələni hər şeydən öncə İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurası vasitəsilə müzakirəyə təklif edirəm".

Tanınmış jurnalist Elşad Paşasoy bildirib ki, Azərbaycan jurnalistlərini Xocalıya buraxmayan Volkov həddini aşıb:

"Media qurumlarımız, aidiyyəti orqanlarımız Rusiya kontingentinin özbaşınalığı ilə əlaqədar izahat istəməli, bu hallara son qoyulmasını tələb etməlidir. İnanırıq ki, bu baş verəcək. Xocalı bizim həssas nöqtəmizdir. Biz oranın donuz fermasına çevrilməsinə imkan verməyəcəyik! Volskinin xələfi Volkov və dəstəsi söz və mətbuat azadlığını, peşə fəaliyyətini məhdudlaşdırmaq üçün gəlməyib!".

Jurnalist Məhəmməd Türkmən qeyd edib ki, "sülhməramlı" Qarabağa girəndə də, dünən də, bu gün də belə idi:

"Elə bil etirazlara gec başlamışıq. Amma yenə də doğru addımdır. Jurnalistlərin sülhməramlılarla söz davası "proses başlayıb" mesajı verir. Gözdən salmaq, lazımsız olduqlarını göstərmək, vaxtından tez yola salmaq üçün proses sürətlə davam etməlidir".

"Azxeber.com" saytının baş direktoru Əfsələddin Ağalarov vurğulayıb ki, İTV və REAL TV müxbirlərinin Xocalıda və Xankəndidə göstərdikləri cəsarət örnəkdir:

"Burada fəaliyyət göstərən bütün həmkarlarımıza təşəkkür düşür. Bu görüntülər həm də illərdir ölkəmizdə gənc beyinlərə "Jurnalistin Vətəni, dili, dini, milliyəti yoxdur" kimi zəhər ifraz edən Sorosçuların dişlərinin sökülməsi effektini verdi. Azərbaycan jurnalisti təpədən dırnağa kimi milli kimliyi ilə bütövləşməli, dilini, həqiqətini peşə fəaliyyəti ilə hayqırmalıdır. Çünki bu bölgədə ideoloji savaş heç bir zaman durmayacaq. Bizim başqa yolumuz yoxdur! Bunun əksi faciədir, itkidir, milli ideologiyanın məhv etmək istəyən qüvvələrin çörəklərinə sürtülən yağdır!".

"Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı da deyib ki, Azərbaycan jurnalistlərinin Xocalıya daxil olmaq üçün rus sülhməramlılarına göstərdiyi cəsarət və prinsipiallıq alqışalayiqdir:

"Jurnalistlərimiz prosesdə sanki qələmlərini silaha çevirərək böyük qətiyyətlə əli avtomatlı rus əsgərlərinə Xankəndiyə, Xocalıya mütləq qayıdacağımızın mesajını verdilər".

Hərbi ekspert Ədalət Verdiyev də bildirib ki, rus sülhməramsızlarının nəzarət-buraxılış məntəqəsində Azərbaycan jurnalistlərini buraxmayan və "idite obratno" deyən hərbi geyimli şəxs böyük ehtimalla ermənidir: "Onun üzünü gizlətməsi üçün maskadan istifadə etməsi bu ehtimalı gücləndirir. Həmin hərbçinin geyim forması və fərqlənmə nişanları da rus kontingentin geyim forması və fərqlənmə nişanlarından fərqlənir. Hesab edirəm ki, bu və digər təxribatçı fəaliyyətlərin hesabı erməniməramlı general Volkovdan mütləq və ən qısa zamanda soruşulmalıdır".

Siyasi şərhçi Tural İsmayılov isə fikirlərini belə ifadə edib:

"İctimai TV-nin müxbiri rus sülhməramlılarına əsl kişilik dərsi keçdi. Həmçinin Real TV-dən dostumuz Kamran Qasımov sülhməramlıların qanunsuz müdaxiləsi ilə üzləşdi. Sual ritorikdir, necə olur ki, İran vətəndaşları Xankəndiyə gedə bilir, amma Azərbaycan jurnalistləri öz ərazilərimizə daxil ola bilməz? Heç bir beynəlxalq mandatı olmayan rus sülhməramlılarının ömrünə çox qalmayıb. Nitsşe olmaq lazım deyil, proses ancaq Rusiyanın ziyanına işləyir. Dəyişməsələr, bizim daha kəskin mövqelərimizi görəcəklər!".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Alternativ xidmətlə bağlı qanuna düzəliş zamanı diqqət edilməlidir ki..." - ÇAĞIRIŞ
Bu gün, 12:49
Hərbi institutun yaranmasının ildönümünə həsr olunan tədbir keçirilib
Bu gün, 12:27
Mənimsənilən pulları həm nağd, həm də kartlara vuraraq ələ keçirirdik - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə
Bu gün, 12:15
Bakı və Ankaranın tələbi qəbul edildi - Ərazi iddialarından geri çəkilirlər
Bu gün, 12:09
Bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:08
Xırdalan Şərab Zavodunda NƏLƏR BAŞ VERİR? - İLGİNC
Bu gün, 12:07
“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
Qobustanda qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir
Bu gün, 11:53
Bəlkə əsirimizin əvəzinə bizimkilər də ƏSİR GÖTÜRSÜNLƏR... - AKTUAL
Bu gün, 11:46
Ermənistan yaxın günlərdə Avropa Birliyi üzvlüyə namizəd olmaq üçün ərizə verəcək… - “Past”
Bu gün, 11:39
"Biz Baləliylə də keçinərik!.." - replika
Bu gün, 11:36
Hacıqərvənd kənd sakinlərinin müraciətləri müsbət həll olunub - FOTO
Bu gün, 11:30
Yasamalda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb
Bu gün, 11:27
Qaziyə xəsarət yetirən idmançıya hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Ülviyyə Muradova ilə bağlı epizodda..." - Bəxtiyar Hacıyev ifadə verdi
Bu gün, 11:16
Paşinyanın Moskva, Brüssel və Paris qumarı - İNCƏLƏMƏ
Bu gün, 11:12
Ruslan müəllim işçilərin QƏSDİNƏ DURUB? - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:11
Dövlət Eyvaz İsmayılovun nazı ilə ÇOX OYNAYACAQ? - ETİRAZ VAR...
Bu gün, 11:02
Paşinyan son qərarını verdi: Rusiya ilə yollar rəsmən ayrılır - Ermənistan KİV
Bu gün, 10:57
“Badamlı Quşçuluq” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 10:55
BAŞ DİREKTOR VƏ MÜAVİNİNƏ BU İTTİHAM DA VERİLƏ BİLƏR - ŞOK İDDİA
Bu gün, 10:49
Danışıqların növbəti raundundan sonra irəliyə getmək mümkün olacaqmı? - GƏLİŞMƏ
Bu gün, 10:46
İrəvanla nə qədər və daha haralarda danışıq aparmalıyıq ki... SÜLHƏ GƏLSİNLƏR...
Bu gün, 10:42
Fazil Mustafaya atəş açan İran casusu özünü məhkəmədə QOÇU KİMİ aparır... - Sanki yaxasından medal da asmalıyıq...
Bu gün, 10:39
Habil Əliyevin xanımı da vəfat edib
Bu gün, 10:31
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Bu gün, 10:27
Bağdadla Bakı arasında danışıqlar aparılıb
Bu gün, 10:24
Xankəndidə silah-sursat aşkarlanıb
Bu gün, 10:22
“Azərlotoreya” fırıldağı: pul qazanmaq şansı 0.00002%-dir – HESABLAMA
Bu gün, 10:21
TƏBİB əməkdaşları ilə keçirilən intensiv ingilis dili kursu başa çatıb
Bu gün, 10:15
“Məhkəmə qərarlarını məmurlar icra etmir, belə getsə...” - vəkildən SOS
Bu gün, 10:12
Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:10
Göygöldə silah-sursat aşkarlanıb
Bu gün, 10:09
Qarabağ Qazisi adından SUİ-İSTİFADƏ... yoxsa? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:08
“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” - Rusiyadan yeni xəritə...
Bu gün, 09:17
Nikol xəyanət edir və Qərbə yalvarır... - Ekspert danışır...
Bu gün, 09:14
Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC OTURMUR? - Məhkəməyə verildilər...
Bu gün, 09:09
Azərbaycanda “HUGO BOSS” əmtəə nişanı DƏLƏDUZLUĞU... - TƏFƏRRÜAT
Bu gün, 09:05
Məmurların kor-koranə yaratdığı aqroparklar kəndlinin suyunu "kəsir"... - Su böhranı davam edir
Bu gün, 09:03
"Dedi “burada sığorta kağızı keçmir”..." - NARAZILIQ VAR...
Bu gün, 09:00
Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu… KİMDİR?
Bu gün, 08:54
"Ola bilər ki, insan əqidəsinə görə, həqiqi hərbi xidmət keçmək iqtidarında olmasın" - deputat
Bu gün, 08:48
“Aztelekom”da iş vaxtı QUMAR MƏSƏLƏSİ... - QALMAQAL
Bu gün, 08:46
Cənubi Qafqazda sülh niyə baş tutmur?! - AKTUAL
Bu gün, 08:43
Şərur sakini ÇƏTİN DURUMDA - Torpağını əlindən almaq istəyirlər...
Bu gün, 08:40
Ermənistanda sənədlər dəyişməsə: Sülh olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:36
"Lazım gələndə hansısa ifaçının məclisində pulsuz oxumuşam"
Bu gün, 08:34
Salyan rayon sakinləri İmişlidə 6 kiloqram narkotiklə tutulub
Bu gün, 08:32
Fuad Nəcəflidən Prezidentə ŞİKAYƏT OLUNDU!
Bu gün, 08:31
İnsanlar onun “müharibə oyunları”ndan ölürlər və... - müharibələr oyuncaq deyil, realdır
Bu gün, 08:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru