Dövlət qurumu 10 milyonluq təmir işlərini bu şirkətə həvalə etdi .....                     Tibbi qurum 20 milyonluq vaksini bu şirkətdən aldı .....                     “Bizim Türkiyə və Azərbaycanın qarşısında durmaq şansımız yoxdur” .....                     Toyuq ətindən sonra yumurta da bahalaşır .....                     "Ermənistandan tələblərimiz imzalanan müqavilə və bəyanatlara əsaslanır, .....                     “Əhalisinin 52 faizi soydaşlarımız olan ölkəni düşmən elan etmək doğru olarmı?..” .....                     Paşinyan niyə "sülhə" tələsir? .....                     “Tik Tok”da meymunluq edərək rahat pul qazananlar vergi verməlidir .....                     “10 noyabr sənədinin heç bir beynəlxalq hüquqi qüvvəsi yoxdur” .....                     “Baktelecom” Yaşar Qılıcovdan 168 min manata .....                     “Çox qan töküldü, bu düşmənçilik səhifəsini bağlayaq” .....                     Əhməd Əhmədovun məhkəməsi təxirə salınıb .....                     Şuşaya gedən azərbaycanlılar nə qədər pul xərcləyiblər? .....                     Rusiyaya meydan oxudular .....                     Tibbi qurum 38,5 milyon manatlıq dərman və ləvazimat aldı .....                     İranın Zəngəzur dəhlizi kampaniyası: .....                     Qusar sakini “Kapital Bank”-dan şikayətçidir .....                     “Anam atamı Şəfiqə xanıma qısqanırdı, yataq səhnəsinə razı olmadı” .....                     Nizami rayonunda KƏSİLƏN NƏFƏSİMİZ... .....                     Nəcməddin Sadıqovun qaynı ilə İsfəndiyar Axundovdan maddi ziyan tələb edir .....                     Perinatal Mərkəzdə 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı .....                     Generalın rektor olduğu akademiyanın saytı niyə ləğv edilib? .....                     Təhsil xərclərinin artırılmasına Xalq artistindən MÜNASİBƏT: .....                     Paşinyan sülhdən "dəm vurur" .....                     Zəngəzur dəhlizinə hansı hərbi şirkət nəzarət edə bilər? .....                     Ermənistanın “Almatı sevgisi” .....                     Azərbaycanda bu magistral yolun kənarındakı evlər təmir olunacaq .....                     Avqust ayında 352 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb .....                     AzTV “Düşən Pullar” üçün 137 min manata texniki vasitələr icarəyə götürür .....                     Salome Zurabişvili ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək .....                     Evə buraxılan hər xəstədən 5 manat, yaxınlarından "hörmət" kimi 100 manat alınıb .....                     Himnimizi səsləndirən Karenin həyat yoldaşı: .....                     İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə... .....                     Zəngəzur dəhlizinə qarşı çıxan Sübhani İranda tənqid edildi .....                     Ermənistan Qərb ilə Rusiya arasında hərbi poliqona çevriləcək .....                     Dollara tələb 27 iyun tarixindən sonra .....                     Nizaməddin Şəmsizadə qardaşının həbsindən danışdı: .....                     Canı yanmış .....                     Rusiya Paşinyana “yox” DEDİ .....                     Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi ola bilərmi? .....                 

Ərdoğanın “sirr küpü”: O həm də varisdir – Böyük projedə ilginc Azərbaycan detalı
Tarix: 6-06-2023, 09:49 | Çap et
Ərdoğanın “sirr küpü”: O həm də varisdir
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinetini təsdiqlədi. Hakim siyasi komandada ciddi dəyişikliklər var. Gözləntiniz necədir?

- Kabinetin ən azı 90-95 faizi yenilənib. Bu, Türkiyə cəmiyyətinin gözləntilərini yerinə yetirmək üçün lazım olan addımlardan biri idi. Üstəgəl, zaman dəyişir, yeni simalar üzə çıxır. Türkiyənin qarşısındakı daha böyük hədəflərə çatmaq üçün kabinetdə belə dəyişiklik edilməliydi.

Yeni kabinet həm baxışı, həm də tərkibi ilə diqqət çəkir, əhalinin ümidlərini doğrulda, qarşıdakı beş ildə hədəfləri reallaşdıra bilər. Başqa cür ola bilməz. Çünki Ərdoğan seçilsə də, Kılıçdaroğluna da az səs gəlməmişdi, bu, narazı elektoral kütlə deməkdir. Onların gözləntiləri ilə hesablaşmamaq mümkün deyil.

Buna görə də yeni hökumət fədakar işləməli, inflyasiyanı qısa müddətdə önləməli, iqtisadi göstəricilərin yaxşılaşdırılması, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində ciddi və prinsipial qərarlar qəbul edilməlidir. Artıq ilk addımlar atılıb, digərləri də atılacaq.

- Bizim üçün maraqlı məqamlardan biri Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın xarici işlər naziri təyin edilməsidir. MİT rəhbəri bu postda ölkəmizin yaxın dostu Mövlud Çavuşoğlunu əvəzlədi. Hakan Fidan dönəmində Türkiyə-Azərbaycan əlaqələrini nə gözləyir?

- Əvvəla, onu deyim ki, bütün prosesin başında duran hörmətli Ərdoğan Azərbaycanın yaxın dostudur. Bu prosesə də o istiqamət və yön verəcək. Hakan Fidana gəlincə, o da Azərbaycanı sevən və ölkəmizə məhəbbəti olan şəxslərdən biridir. Uzun illər MİT-in rəhbəri olub və zəngin təcrübəyə malikdir.

Zənnimcə, Qarabağla əlaqəli qalan məsələlərin tam həllinə nail olmaq, Zəngəzur dəhlizini işə salmaq və türk dünyasını birləşdirmək Ərdoğanın qarşısındakı əsas hədəflərdəndir. Ərdoğanın da dediyi kimi, Azərbaycanın iştirakı olmadan bu məsələləri həll etmək olmaz.

Azərbaycan və Türkiyə Avropanın neft və qazla təmin edilməsi istiqamətində də bundan sonra birgə addımlar atacaqlar. Bu da iki qardaş xalqın maraqlarına uyğundur. Hakan Fidan da bu reallıqları diqqətlə nəzərə alacaq. O da Türkiyə-Azərbaycan qardaşlığı və yaxın müttəfiqliyi kontekstində qarşıdakı hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcək. Hakan Fidanın iki ölkə arasındakı bağların daha da gücləndirilməsi üçün səy göstərəcəyini düşünürəm.

- Sizcə, Hakan Fidanın, yəni bir kəşfiyyat şefinin bu posta gətirilməsi nə ilə əlaqəli ola bilər?

- Bu təəccüblü deyil. Xarici işlər nazirləri çox vaxt kəşfiyyat xidmətlərinin əldə etdikləri və ya yönəltdikləri məlumatlar əsasında öz fəaliyyətlərini qururlar. Bu səbəbdəndir ki, ölkələrin xaricdəki diplomatik korpuslarında kəşfiyyat orqanlarının, yaxud dərin dövlətin təmsilçiləri də yer alırlar. Bu, Türkiyə üçün də belədir.

Hakan Fidan MİT rəhbəri olarkən Mövlud Çavuşoğlu ilə sıx işləyib. Hakan Fidan, yaxud MİT-in əldə etdiyi məlumatlar Türkiyənin xarici siyasətinin qurulmasında önəmli rol oynayıb. Bir sözlə, bu şəxs xarici siyasət məsələlərində bişmiş adamdır.

Çox vaxt Hakan Fidanı Ərdoğanın “sirr küpü” adlandırırlar. Üstəgəl, Türkiyə isteblişmentində parlaq simalardan biridir. Belə bir fikir də dolaşır ki, hətta Ərdoğan onu gələcək prezident seçkiləri üçün namizəd kimi hazırlayır. Gəncdir, cavandır, çox təcrübəlidir, kifayət qədər məlumatlıdır. Bu baxımdan Hakan Fidanın komandadakı perspektivləri möhkəmdir. İndiyədək ümidləri doğruldan bu adam bundan sonra belə olacaq.

- Yəni siz Hakan Fidanın Ərdoğanın varisi olması fikri ilə razısınız?

- Ehtimal edirəm. Siyasətdə proqnozlar özünü doğrultmaya da bilir. Hər halda AKP-nin kadr potensialına diqqət yetirdikdə, Hakan Fidan bir çox parametrlər üzrə ön plana çıxır. Onun Ərdoğanla uzun illər işləməsi də bu ehtimalı gücləndirə bilər.

- Bəs müdafiə naziri Hulusi Akarın yerinə gətirilən Yaşar Gülər haqda nə düşünürsünüz? Akar kimi Gülər də Azərbaycanda özünə rəğbət qazanmış simalardan biridir.

- Yaşar Gülər kifayət qədər təcrübəli hərbçidir. Zənnimcə, o, Bəxtiyar Ərsay Paşanın ölkəmizə göndərilməsində, eyni zamanda, İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun əks-hücum planının hazırlanmasında çox önəmli rollardan birini oynayıb. Yaşar Gülərin bizim üçün oynadığı ən mühüm rollardan biri də Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması və “bir millət, iki dövlət, vahid ordu” prinsipinin həyata keçirilməsidir.

Yaşar Gülər Azərbaycanda dağ komando birliklərinin yaradılmasında, xüsusi təyinatlıların hazırlanmasında, onların böyük qisminin Türkiyədə təlimlərdən keçməsində ciddi rol oynamış bir şəxsdir.

Ərdoğanın komandasında təsadüfi şəxs yoxdur. Onların hər biri Azərbaycanı tanıyan, ölkəmizin strateji mövqelərinin Türkiyə üçün nə qədər əhəmiyyətli olduğunu dərindən bilən şəxslərdir. Yaşar Gülər də canıyla, qanıyla, bütün varlığıyla Azərbaycana bağlı adamdır.

Şübhə etmirəm ki, Hulusi Akar kimi o da Azərbaycan ordusunun daha da gücləndirilməsində, təcrübə baxımında zənginləşməsində bundan sonra da böyük rol oynayacaq. Bundan sonra da Türkiyə-Azərbaycan hərbi birliyi yeni-yeni çalarlarla zənginləşəcək.

- Türkiyənin və dünyanın gündəmində müzakirə olunan bir Türkiyə Əsri (Türkiyə Yüzili) məsələsi var. Nədir Türkiyə Əsri, bu strategiya özündə nələri ehtiva edir?

- Türkiyə Əsri vizyonunda qarşıya qoyulan məqsədlərdən biri Türkiyəni sənayecə inkişaf etmiş on ölkədən birinə və öz texnologiyasını yaradan dövlətə çevirməkdir. Həmçinin Türkiyənin regional oyunçudan qlobal gücə çevrilməsini ehtiva edən şərtləri yerinə yetirməkdən ibarətdir. Artıq bu istiqamətdə iş aparılır, güclü hərbi sənaye kompleksinin əsasları qoyulub. Güman edirəm ki, baş verənlər Türkiyəni iqtisadi, texnoloji və hərbi güc kimi on ölkədən birinə çevirəcək. Türkiyə özünün sanbalı və siyasi çəkisi ilə dünya siyasətinin formalaşmasında önəmli aktorlardan biri olacaq.

Türkiyə Əsri projesinə türk dünyasının vahidləşməsi, türk ölkələri arasında iqtisadi, mədəni, hərbi əlaqələrin dərinləşdirilməsi, həmçinin Türk Dövlətləri Təşkilatını öz vahid bazarı və dərin əlaqələri olan Avropa Birliyi kimi bir ittifaqa çevirməkdən ibarətdir. Sanki Türkiyə Avropa Birliyi ilə vidalaşıb.

Türkiyə indi türk dövlətləri ilə birlikdə öz ətrafında bir güc mərkəzi formalaşdırmağa başlayıb. Zənnimcə, qoyulan bünövrə kifayət qədər möhkəmdir. Bunun ətrafında təkcə mövcud müstəqil türk ölkələrini yox, Rusiyadan ayrılması ehtimal edilən digər türkdilli dövlətləri də, məsələn, Tatarıstan, Başqırdıstan, Altay, Yakutiya və Çuvaşiyanı da görə bilərik. Rusiya-Ukrayna müharibəsindən sonra bu respublikaların müstəqilliklərini qazanacağı ehtimalını yüksək qiymətləndirirəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 10 milyonluq təmir işlərini bu şirkətə həvalə etdi
Bu gün, 00:05
Tibbi qurum 20 milyonluq vaksini bu şirkətdən aldı
Bu gün, 00:02
“Bizim Türkiyə və Azərbaycanın qarşısında durmaq şansımız yoxdur”
Dünən, 19:02
Toyuq ətindən sonra yumurta da bahalaşır - AÇIQLAMA
Dünən, 19:00
"Ermənistandan tələblərimiz imzalanan müqavilə və bəyanatlara əsaslanır, İranın müdaxilə haqqı yoxdur"
Dünən, 18:56
“Əhalisinin 52 faizi soydaşlarımız olan ölkəni düşmən elan etmək doğru olarmı?..” - Sabiq səfir
Dünən, 18:12
Paşinyan niyə "sülhə" tələsir? - GƏLİŞMƏ
Dünən, 18:10
“Tik Tok”da meymunluq edərək rahat pul qazananlar vergi verməlidir - İqtisadçıdan sərt reaksiya
Dünən, 17:44
“10 noyabr sənədinin heç bir beynəlxalq hüquqi qüvvəsi yoxdur” - Andrias Qukasyan
Dünən, 17:39
“Baktelecom” Yaşar Qılıcovdan 168 min manata anbar icarəyə götürür
Dünən, 17:37
“Çox qan töküldü, bu düşmənçilik səhifəsini bağlayaq” - Mirzoyan
Dünən, 17:35
Əhməd Əhmədovun məhkəməsi təxirə salınıb
Dünən, 17:33
Şuşaya gedən azərbaycanlılar nə qədər pul xərcləyiblər? - RƏSMİ
Dünən, 17:31
Rusiyaya meydan oxudular - “Zəngəzura yalnız biz nəzarət edə bilərik”
Dünən, 17:28
Tibbi qurum 38,5 milyon manatlıq dərman və ləvazimat aldı - QALİB
Dünən, 17:23
İranın Zəngəzur dəhlizi kampaniyası: - Azərbaycan üçün təhdid və imkanlar
Dünən, 17:20
Qusar sakini “Kapital Bank”-dan şikayətçidir - "120 manat pulu bank hesabıma köçürtməyə “can çəkir”..."
Dünən, 17:14
“Anam atamı Şəfiqə xanıma qısqanırdı, yataq səhnəsinə razı olmadı” - “Cəbiş müəllim”in qızı
Dünən, 17:10
Nizami rayonunda KƏSİLƏN NƏFƏSİMİZ... - FOTO, VİDEO
Dünən, 17:01
Nəcməddin Sadıqovun qaynı ilə İsfəndiyar Axundovdan maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Dünən, 16:58
Perinatal Mərkəzdə 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə başlayır
Dünən, 16:56
Generalın rektor olduğu akademiyanın saytı niyə ləğv edilib? - FOTO
Dünən, 16:54
Təhsil xərclərinin artırılmasına Xalq artistindən MÜNASİBƏT: - “Ümid edirik, maaşlarımız da artacaq”
Dünən, 16:42
Paşinyan sülhdən "dəm vurur" - Proseslər nədən XƏBƏR VERİR?
Dünən, 16:40
Zəngəzur dəhlizinə hansı hərbi şirkət nəzarət edə bilər? - AKTUAL
Dünən, 16:39
Ermənistanın “Almatı sevgisi” - Pərdəarxası DETALLAR
Dünən, 16:35
Azərbaycanda bu magistral yolun kənarındakı evlər təmir olunacaq - TENDER NƏTİƏSİ
Dünən, 16:29
Avqust ayında 352 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - VİDEO
Dünən, 16:26
AzTV “Düşən Pullar” üçün 137 min manata texniki vasitələr icarəyə götürür - TƏFƏRRÜAT
Dünən, 16:24
Salome Zurabişvili ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək - TASS
Dünən, 16:20
Evə buraxılan hər xəstədən 5 manat, yaxınlarından "hörmət" kimi 100 manat alınıb - Narkoloji Mərkəzin həbs edilən direktoru və müavininin məhkəməsi
Dünən, 16:19
Himnimizi səsləndirən Karenin həyat yoldaşı: - "Onun Azərbaycan sevgisi məni təəccübləndirir..."
Dünən, 16:18
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə... - MƏQALƏ
Dünən, 16:00
Zəngəzur dəhlizinə qarşı çıxan Sübhani İranda tənqid edildi
Dünən, 15:58
Ermənistan Qərb ilə Rusiya arasında hərbi poliqona çevriləcək - GÖRÜNƏNİ BUDUR...
Dünən, 15:57
Dollara tələb 27 iyun tarixindən sonra ən yüksək səviyyəyə çatıb
Dünən, 15:54
Nizaməddin Şəmsizadə qardaşının həbsindən danışdı: - "Yaxşı ediblər..."
Dünən, 15:52
Canı yanmış QARDAŞ MİSALI...
Dünən, 15:49
Rusiya Paşinyana “yox” DEDİ
Dünən, 15:39
Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi ola bilərmi? - AKTUAL
Dünən, 14:02
BU NƏDİ BELƏ: Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var - “Sahibkarlar 2 il həbs ediləcək”
Dünən, 14:00
Paşinyandan Azərbaycanla bağlı növbəti SƏRSƏM İDDİA
Dünən, 13:43
Mənzil elan saytları vətəndaşları necə aldadır? - Diqqət!
Dünən, 13:40
Anasının amansızlıqla döydüyü 7 yaşlı uşaq indi haradadır? - AÇIQLAMA
Dünən, 13:33
Azərbaycan və Gürcüstan müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər
Dünən, 13:26
Rüşvətə görə həbs edilən hərbi komissar 8,5 il azadlıqdan məhrum olunub
Dünən, 13:25
Sülh müqaviləsi imzalansa da... - “Şübhə altına düşəcək”
Dünən, 13:24
"İnteraz" TV ilə bağlı məhkəmədə: - Belə söhbətlər gedirdi ki, maaş pulları xarici ölkədən gəlir...
Dünən, 13:15
Röyanın “Gönder”i illərdir zirvədən enmir - SİYAHI
Dünən, 13:11
Sakinlər Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verdi - BUNA GÖRƏ...
Dünən, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru